Məşhur teleaparıcı qızına 6 min manata “labuba” oyuncağı alıb
Rus blogger və teleaparıcı Kseniya Borodina qızı Teonaya 250 min rubla (təxminən 6 min manata) təmtəraqlı oyuncaq labuba alıb.
Demokrat.az xəbər verir ki, bu barədə “Zvezdaç” məlumat yayıb.
Borodinanın kiçik qızı teleaparıcının sosial şəbəkələrində labuba fonunda poza verib. Oyuncaq güllərlə bəzədilib və doqquz yaşlı Teonadan xeyli hündürdür. Borodina Marusya və Teona adlı iki qız böyüdür. Ulduzun ilk oğlu Marusya 2009-cu ildə anadan olub. Onun atası teleaparıcının 2012-ci ildə ayrıldığı iş adamı Yuri Budaqovdur.
Onun ikinci qızı Teona 2015-ci ildə iş adamı Qurban Ömərovdan dünyaya gəlib. 2021-ci ildə iş adamı ilə aparıcı boşanıb.
Əfsanə Kamal
Demokrat.az