Kiyev "Dinamo"sunun və SSRİ yığmasının əfsanəvi sabiq futbolçusu Stefan Reşko insult keçirib.
Fanat.Az xəbər verir ki, bu barədə “Football 24” məlumat yayıb.
Mənbə 78 yaşlı sabiq müdafiəçidən Ukraynanın gənclərdən ibarət yığmasının Niderland ilə oyununu (0:2) şərh etmək üçün onunla əlaqə saxladıqda, Reşkonun insult keçirdiyi üzə çıxıb. Veteran futbolçunun tədricən sağaldığı bildirilib.
Xatırladaq ki, Reşko 1971-1978-ci illərdə Kiyev "Dinamo"sunda çıxış edib və Kiyev komandasının tərkibində 1975-ci ildə Kuboklar Kubokunu və UEFA Superkubokunu qazanıb, 4 dəfə SSRİ çempionu olub. O, həmçinin "Verxovna", "Lokomotiv" və "Çernomorets"in şərəfini qoruyub. Stefan Reşko həmçinin SSRİ yığmasının heyətində 15 oyun keçirib. O, olimpiya komandasının tərkibində 1976-cı ildə Monrealda keçirilən Oyunlarda bürünc medal qazandı.