Demokrat.az xəbər verir ki, Moskva hüquq-mühafizə orqanları kriminal rəhbərlərdən birinə qarşı cinayət işi açıb.
Təqsirləndirilən şəxs 1985-ci ildən Rusiyada kriminal dairələrdə qeyri-rəsmi avtoritet statusuna malik olan 64 yaşlı kişidir. O, bir neçə dəfə məhkum olunub və hazırda xaricdə gizlənir. Hüquq-mühafizə orqanları onun yerinin müəyyən edilməsi istiqamətində tədbirlər görür.
Onun adı “Yaponçik” və “Ded Xasan” kimi kriminal avtoritetlərin ölümündə hallanır.
Əfsanə Kamal
Demokrat.az