UCAR, 19 iyun. TELEQRAF
Ucar rayonu ərazisində yol qəzası olub.
Teleqraf-ın yerli bürosunun məlumatına görə hadisə Ramal kəndi ərazisində baş verib.
Belə ki, idarəetmədən çıxan minik avtimobilinin aşması nəticəsində maşında olan iki nəfər Bakı sakini müxtəlif bədən xəsarərləri alıb. Yaralılar (1984-cü il təvəllüdlü Niftəliyev Vüqar Tahir oğlu və 1987-ci il təvəllüdlü Ələkbərov Zaur Qəzənfər oğlu) xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.