AZ

Yol polisi yolda qalan sürücünün köməyinə çatdı - FOTO

Bu gün günorta saatlarında paytaxtın Səbail rayonu İstiqlaliyyət küçəsində texniki nasazlıq səbəbilə yolda qalan avtomobilin sürücüsünə yol polisi əməkdaşı tərəfindən yardım göstərilib. Oxulardan biri Avtosfer.az-a foto göndərərək yayılmasını xahiş edib. Hadisə şahidinin verdiyi məlumata görə, avtomobil qəfil dayanaraq yolu tərk edə bilməyib və bu, digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb. Əraziyə yaxın olan yol polisi əməkdaşı dərhal hadisəyə müdaxilə edərək təhlükəsizlik tədbirləri görüb və yolda qalan avtomobili təhlükəsiz yerə çıxarmaqla sürücüyə kömək edib.

 

Emin

FOTO QALEREYA
Seçilən
5
1
avtosfer.az

2Mənbələr