AZ

"TikTok"a qadağa daha 90 gün uzadıldı

ABŞ prezidenti Donald Tramp Çin sosial şəbəkəsi "TikTok"un ABŞ-də dayandırılmasını daha 90 gün uzadıb.

"Unikal" xəbər verir ki, bu barədə prezident özünün "Truth" sosial səhifəsində məlumat verib.

“Mən indicə TikTok-un dayandırılmasını 90 gün (17 sentyabr 2025-ci il tarixinədək) uzatmaq barədə sərəncam imzaladım” - deyə o yazıb.

ABŞ-də TikTok-un bloklanması haqqında qanunun qüvvəyə minməsindən bir neçə ay keçib. Tramp "ByteDance"ə sahib olan şirkətdən sosial şəbəkəni ABŞ-yə satmağı tələb edir.

Seçilən
2
3
unikal.az

4Mənbələr