Rusiya vətəndaşı olan Arzu Sadıqova Bakıda özəl klinikaların birində abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb.
News24.az xəbər verir ki, bu barədə RTV süjet hazırlayıb.
Hadisənin iyunun 11-i “Mərcan” klinikasında ümumi cərrah Nigar Məmmədova tərəfindən icra olunan əməliyyat nəticəsində baş verdiyi bildirilib.
Vəfat edən 37 yaşlı Arzu Sadıqovanın ailəsi onun ölümündə həkimi günahlandırıb.