AZ

Azərbaycan millisi "Airom Cup"-a inamlı qələbə ilə başladı

Qazaxıstanın Atrau şəhərində "Airom Cup" beynəlxalq basketbol turniri start götürüb.

Fanat.Az xəbər verir ki, Azərbaycanın 14 yaşa qədər oğlanlardan ibarət milli komandası ilə yanaşı, Qazaxıstanın "Ayrom", Gürcüstanın "Kutaisi", Qırğızıstanın "Edelveys", Rusiyanın "Devon" və "Axtuba" klubları da bu turnirdə mübarizə aparırlar.

Polad Həsənovun rəhbərlik etdiyi Azərbaycan seçməsi ilk oyununda Qırğızıstanın "Edelveys" komandası ilə qarşılaşıb və rəqibinə 94:13 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, iyunun 22-dək davam edəcək turnirin qalibi dairəvi sistemlə keçirilən matçlardan sonra məlum olacaq.

Seçilən
2
fanat.az

1Mənbələr