BAKI, TurkicWorld
Cari ilin avqust ayında çatdırılması nəzərdə tutulan "Brent" markalı neftin fyuçers qiyməti bu il yanvarın 23-dən bəri ilk dəfə olaraq 79 dolları keçib.
TurkicWorld xəbər verir ki, bu barədə birja məlumatları göstərir.
Belə ki, Bakı vaxtı ilə saat 19:09-da "Brent" neftinin qiyməti 3,85 faiz artaraq bir barel üçün 79,01 dollar olub.
Lakin saat 19:14-ə olan məlumata görə, qiymət artımı bir qədər zəifləyib və "Brent" 3,54 faizlik artımla 78,77 dollar təşkil edib. Eyni vaxtda, ABŞ-ın "WTI" markalı neftinin avqust fyuçersi isə 2,81 faiz bahalaşaraq bir barel üçün 75,47 dollar təşkil edib.