AZ

ABŞ və İran arasında Yaxın Şərqdəki vəziyyətə dair birbaşa müzakirələr aparılıb - KİV

BAKI, TurkicWorld

ABŞ prezidenti Donald Tramp "TikTok" sosial media platformasının ölkə ərazisində bloklanması ilə bağlı qadağanı 90 gün müddətinə (2025-ci il sentyabrın 17-dək) təxirə salıb.

TurkicWorld xəbər verir ki, bu barədə Tramp "Truth Social" platformasında yazıb.

“TikTok-un fəaliyyətinin dayandırılmasının müddətini 90 gün uzadan fərmanı imzaladım” - deyə, o qeyd edib.

Xatırladaq ki, təxminən beş ay əvvəl qəbul edilən qanuna əsasən, Çin şirkəti "ByteDance" "TikTok"un ABŞ-dakı aktivlərini satmadığı təqdirdə platforma ölkədə qadağan ediləcəkdi. Tramp bu müddəti yanvarın 20-dəki inaqurasiyasından dərhal sonra imzaladığı fərmanla 75 gün uzatmışdı və indi bu müddətə daha 90 gün əlavə edib.

Seçilən
1
turkic.world

1Mənbələr