ABŞ Hərbi Hava Qüvvələrinə məxsus açıq məkanda qorunmayan təyyarələr Qətərdəki Əl-Udeyd aviabazasından təxliyyə edilib.
AzPost bildirir ki, ABŞ rəsmiləri bu məlumatı CNN-ə təsdiqləyiblər.
Bundan əlavə, əvvəllər Bəhreyn hərbi-dəniz bazasında yerləşdirilmiş ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri də köçürülüb.
Tibbi logistika da gücləndirilib, Amerika qoşunlarına mümkün hücumlar halında CENTCOM-un məsuliyyət zonasında qan tədarükü əvvəlcədən yerləşdirilib.