ain.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının (DBK) 51-ci sessiyası 21-22 iyun tarixlərində İstanbulda keçiriləcək.Newscenter.az trthaber-ə istinadən bildirir ki, iclas “İslam Əməkdaşlıq Təşkilatı Dəyişən Dünyada” mövzusunda keçiriləcək. Görüşdə prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak və çıxış edəcəyi gözlənilir.Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, İran-İsrail münaqişəsinin yaratdığı kritik dövrdə keçiriləcək toplantıda iştirak etmək üçün 40-dan çox xarici işlər nazirinin İstanbula gələcəyi gözlənilir.Fidanın ev sahibliyi ilə iyunun 21-22-də “İslam Əməkdaşlıq Təşkilatı Dəyişən Dünyada” mövzusu ilə İstanbulda təşkil olunan İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasının əvvəlki iclaslarla müqayisədə rekord sayda yüksək səviyyəli iştirakçıların toplanması gözlənilir.İclasda İƏT-ə üzv olan 57 ölkədən, eləcə də müşahidəçi ölkələrdən və digər beynəlxalq təşkilatlardan 1000-ə yaxın nümayəndənin iştirakı gözlənilir.Anar Əliyev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.