AZ

Millimiz Moldovaya qalib gəldi

  Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünə çıxıb.

Referans xəbər verir ki, U-16 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Binə stadionunda təşkil olunan oyun yığmanın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində qolları Nihat Hüseynzadə, Firdovsi Şeydayev və Cavidan Əlizadə vurublar.

Qeyd edək ki, Azərbaycan və Moldova milliləri iyunun 21-də eyni məkanda ikinci yoxlama görüşündə üz-üzə gələcəklər.  

Seçilən
24
22
referans.az

10Mənbələr