AZ

Bacısı həkim olmasını istədi, özü texnologiyanı seçdi – Gəncə məktəblisinin UĞURU – FOTO

“Ən böyük arzum İnformasiya Texnologiyaları mütəxxəssisi kimi öz bilik və bacarığımla ölkəmə, vətənimə xeyir verməkdir. Hələ uşaqlıqdan komputerə, proqlamlaşmaya böyük həvəsim var idi.

Bu yolu seçib sona qədər getmək və böyük uğurlara imza atmaq istəyirəm”.

Bu sözləri Bizim.Media-nın yerli bürosuna qəbul imtahanlarında I ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən Gəncə şəhər 13 saylı orta məktəbin məzunu İsmayılov Alı Vəfadar oğlu söyləyib. Onun sözlərinə görə buraxiliş imtahanında Azərbaycan dilindən cəmi bir sualın cavabında tələskənliyə yol verib:

“Özümə söz vermişdim ki, blok imtahınına var gücümlə hazırlaşacağam və maksimum olan 400 balı toplayacağam. Şükürlər olsun ki, buna nail ola bildim. Ali məktəb seçimini də artıq etmişəm.

ADA Universitetitin İnformasiya Texnologiyaları fakültəsinin tələbəsi olmaq istəyirəm. Lakin gələcəkdə magistratura və digər təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram. Harada oxusam da sonda bilik və bacarığımla doğma vətənimdə çalışmaq, Azərbaycanın informasiya texnologiyaları sahəsində öz töhfəmi vermək istəyirəm”.

Alının atası Vəfadar İsmayılov da oğlunun uğurlarından danışıb:

“Oğlumun maksimal bal toplayacağına inanırdım. Alı çox zəhmətkeş və qabiliyyətlidir. Buraxılış imtahanında cəmi bir sualda yanılmışdı. Amma blok imtahanlarına bütün var gücü ilə hazırlaşırdı. Gecə- gündüz dərslərindən ayrılmırdı. Biz Alını harasa bir az dincəlmək üçün gəzməyə göndərə bilmirdik. Maksimal balı qarşısına məqsəd qoymuşdu. Bizim də, müəllimlərin də bu qədər zəhmətinin qarşılığında Alının yüksək nəticələr göstərəcəyini gözləyirdik. Çox sevincliyik”.

Vəfadar İsmayılovun sözlərinə görə qızı oğlunun İT mütəxəssisi olmasına qarşı çıxıb:

“Böyük övladım, Alının bacısı bu il Azərbaycan Tibb Universitetini yüksək qiymətlərlə bitirdi.

O da magistraturanı xaricdə oxumaq istəyir. Bacısı Alını öz yolu ilə aparmaq, həkim kimi görmək istəyirdi. Amma informasiya texnologiyalarına olan həvəs və məhəbbət Alını fikrindən daşınmağa imkan vermədi. Ümidvaram ki, oğlum ən yaxşı mütəxəssislərdən biri olacaq”.








Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilən
17
bizim.media

1Mənbələr