AZ

Polisə tabe olmayan 69 yaşlı sürücü güllələndi VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Polis qayda-qanunu saymayan futbol azarkeşini güllələyib. Avtosfer.az xəbər verir ki, hadisə ABŞ-nin Kaliforniya ştatında baş verib. Belə ki, “San Francisco 49” komandasının azarkeşi olan 69 yaşlı Çarlz MakQoneqal supermarketə gəlib və idarə etdiyi avtomobillə başqasının maşınını vuraraq qəza törədib. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları çağırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qayda pozan şəxslə danışmağa çalışıblar, lakin o, özünü qeyri-adekvat apararaq tabesizlik göstərib və maşında oturmağa davam edib.

Bundan sonra asayiş keşikçiləri əlavə ehtiyat polis qrupu çağırıb. Təhlükəsizlik qüvvələrinin əhatəsində olan sürücü idarə etdiyi avtomobili patrul maşınına çırparaq qaçmağa cəhd edib. Ancaq hüquq-mühafizə orqanlarının əməkdaşları fanatı güllələyərək zərərsizləşdiribilər.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik.

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
avtosfer.az

1Mənbələr