AZ

Microsoft qlobal ixtisar dalğasına hazırlaşır

Microsoft şirkəti 2025-ci ilin iyul ayının əvvəlində bir neçə min əməkdaşının ixtisarı ilə bağlı rəsmi açıqlama verə bilər. Bildirilir ki, ixtisarlar əsasən satış sahəsində çalışan işçiləri əhatə edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Şirkətin ixtisarlarla bağlı planı maliyyə ilinin başa çatmasından sonra elan ediləcək. Microsoft bu informasiyanı şərh etməkdən imtina edib.

2025-ci il ərzində şirkət ümumilikdə qlobal əməkdaş sayının təxminən 3 faizini azaltmağı planlaşdırır. 2024-cü ilin iyun ayına olan rəsmi hesabatda Microsoft-un dünya üzrə 228 min işçisi olduğu göstərilir. Bu, minlərlə işçinin ixtisara düşəcəyi deməkdir.

Şirkət qeyd edib ki, bu qərar əməkdaşların fərdi göstəriciləri ilə deyil, struktur dəyişiklikləri və biznes ehtiyacları ilə bağlıdır.

Qeyd edək ki, bu ixtisar dalğası 2023-cü ildən bəri Microsoft-un həyata keçirdiyi ən genişmiqyaslı işçi azaldılması olacaq. Həmin il şirkət 10 min iş yerini ləğv etmişdi.

Seçilən
56
nocomment.az

1Mənbələr