ain.az, Baku.ws portalına istinadən məlumat verir.
Silvestr Stalonni, Arnold Şvartsnegger, Brüs Uillis, Ceyson Steytem, Jan-Klod Van Damm... Onlar bir zamanlar Hollivudun aksiyon filmlərinin unudulmaz aktyorları idilər. Lakin illər keçdikcə bəziləri müəyyən səbəblərdən aktyorluq sənəti ilə aktiv məşğul olmurlar. Ya da ki, rol aldıqları filmlər əvvəlki effektini vermədi deyə onlar indi film istehsalçıları üçün maraqlı deyillər. Bu səbəbdən onların bəziləri hazırda karyeralarını aktiv davam etdirmir. Bəs görəsən Hollivudun aksiyon ulduzları indi nə ilə məşğuldurlar?
BAKU.WS xəbər verir ki, 79 yaşlı Silvestr Stalonni hazırda bir sıra müxtəlif layihələr üzərində işləyir. O indi aktyorluq, istehsalçılıq, həm də ekran arxası fəaliyyətləri ilə məşğuldur. Bir müddət əvvəl onun rol aldığı filmi "Alarum" gözlənilən nəticəni göstərmədi. Film "Rotten Tomatoes" kino saytında sıfır xal aldı. Bir filmin saytda sıfır xal alması çox nadir hal idi. Buna baxmayaraq Stalonni film sektorundakı işinə davam edir. "Tulsa King" kriminal dramında Duayt Manfredi rolunu davam etdirir.Ekran işinin 3‑cü mövsümü "Paramount+" tərəfindən rəsmi təsdiqlənib. Çəkiliş prosesi Atlanta və Oklahomada davam edir, yayım isə 2025‑in payızında gözlənilir. Aktyor "The Steps" adlı kitab da yazıb. Onun şəxsi xatirələr kitabı bu il nəşr olunacq. Stalonni payız aylarında "John Rambo" filmin çəkilişləri üçün Tailanda gedəcək. Aktyor həmçinin "AI" sahəsinə sərmayə yatırıb, süni intellekt şirkətinə investisiya qoyub.

Arnold Şvartsneqqer də həmkarı Stalonni kimi film sektorundan tam uzaqlaşmayıb. 78 yaşlı aktyor bir çox layihələr üzərində işləyir. O hazırda həm aktyor, həm xeyriyyəçi, həm aktivist kimi fəaliyyətdədir. Şvartsneqqer "FUBAR" serialının ikinci mövsümündə rol alır. O orada agent Luke Brunner rolunda çəkilir. Həmin seriya bu ilin iyunun 12-də yayımlanıb. O övladları ilə də birlikdə layihədə rol alacağını vurğulayıb. Aktyor həmçinin "Amazon MGM"nin yeni filmində də çəkilib. O sonuncu dəfə bu ilin iyunun 3-də Vyanada keçirilən "Austrian World Summit"də iştirak edib.
Arnold xeyriyyəçi kimi də tanınır. O Los-Ancelesdəki meşə yanğınlarına 1 milyon dolar ianə edib. Onun eyni zamanda "AI" əsasında "Rəqəmsal ikilik" modeli üzərində işlədiyi barədə də xəbərlər var.

Brüs Uillis Hollivudun aksiyon filmlərinin unudulmaz siması... O artıq aktiv aktyorluqla məşğul olmur. 2022‑ci ildə afaziya diaqnozu qoyulduğu üçün karyerasına ara verdi və 2023‑cü ildə bu vəziyyət frontotemporal demensiyaya çevrildi. Aktyor yavaş-yavaş danışıq qabiliyyətini də itirmək üzərədir. O, evdə ailəsi - həyat yoldaşı Emma Heminq və beş qızı (Rumer, Skout, Tallulah, Mabel və Evelyn) ilə birlikdə yaşayır. Ailəsi və dostları onun yanında olur.
Emma Heminq, bu payız "The Unexpected Journey" adlı kitabını nəşr edəcək. O burada o, həyat yoldaşına baxıcılıq təcrübələrini, gündəlik hisslərini bölüşərək, digərlərinə dəstək olmağı hədəfləyir. Ailənin sosial mediada paylaşdığ paylaşımlar göstərir ki, Brüs ailə mühitində sakit, dinc və zaman-zaman gülümsəyən halda vaxt keçirir.

Jan-Klod Van Damm isə həmkarlarından fərqli olaraq film layihələrində aktiv iştirak edir. 65 yaşlı ulduz çəkilişdə olan və ya son illərdə çıxmış bir neçə aksiyon filmində aktyor və prodüser kimi fəaliyyət göstərir. Gələcək layihələrdə isə jiu‑jitsu kimi döyüş texnikalarını əlavə etmək niyyətindədir. Media və siyasi mövzulara da maraq göstərərək, beynəlxalq arenada "Sülh elçisi" rolunu müzakirəyə qoyur. O kino sahəsində aktivdir və yeni layihələrlə məşğuldur. Aktyor bu ilin yanvarında yayımlanan "Le Jardinier" ("The Gardener") komediya filmində Van Damme baş rolu oynayıb. "Darkness of Man" filmində isə İnterpol agenti rolunu canlandırıb. İlin sonunadək "Battle Run" filmində də çəkiləcək.

Ceyson Steytem da həmkarı Van Damm kimi aktiv aktyorluq qrafikinə malikdir. O yeni filmlər çəkir. Eyni zamanda prodüser kimi fəaliyyət göstərir. O indi teatr-rəqəmsal yayımı təqdimatlar ilə məşğuldur. Aktyor bu il çəkilən "A Working Man" adlı dram filmində Statham Levon Cade rolunda idi. Film həftəsonu ABŞ-da 15.2 milyon dollar gəlir toplayaraq "Snow White" filminin reytinqini yenilədi. Hazırda o "Untitled Ric Roman Waugh" filminin çəkilişlərində iştirak edir. Aktyor burada baş rolu ifa edir. Obrazın adı "Mason"dır. Çəkilişlər bu ilin fevral–mart aylarında Böyük Britaniya və İrlandiyada başlayıb. Onun "Mutiny", "Fast X: Part 2" və "The Beekeeper 2" kimi filmləri isə gələn il ekranlaşdırılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.