AZ

"Barselona" Niko Uilyams ilə razılığa GƏLDİ

Transfer çalışmalarını davam etdirən "Barselona" Bilbao "Atletik"inin futbolçusu Niko Uilyams ilə anlaşıb.

"Unikal" xəbər verir ki, bu barədə tanınmış futbol agenti Fabrizio Romano "X" hesabında paylaşım edib.

22 yaşlı hücumçu ilə 2031-ci ilin iyun ayına qədər müqavilə imzalanması və hər mövsüm üçün 7- 8 milyon avro maaş ödənilməsi razılaşdırılıb.

Kataloniyalılar transferin həyata keçirilməsi üçün yekun olaraq "Atletik" ilə maliyyə məsələlərində ortaq nöqtəyə gəlməyə çalışır.

Qeyd edək ki, ispaniyalı oyunçu başa çatan 2024/25 mövsümündə 45 qarşılaşmada meydana çıxıb və 11 qola, 7 məhsuldar ötürməyə imza atıb.

Seçilən
2
unikal.az

1Mənbələr