Fanat saytından alınan məlumata görə, ain.az bildirir.
Hazırda klublararası dünya çempionatında iştirak edən "Yuventus"un futbolçusu Timoti Vea İtaliya klubunun Ağ Evə səfəri və ABŞ prezidenti Donald Trampla görüşü ilə bağlı təəssüratlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
ABŞ millisinin futbolçusu görüşün onun üçün sürpriz olduğunu, Trampın danışdığı mövzulardan təəccübləndiyini bildirib:
"Düzünü desəm, bunu gözləmirdim. Bizə sadəcə getməyimizi söylədilər və mənim başqa seçimim yox idi. Bir az qəribə idi, mən şoka düşdüm. O, İranla siyasətdən və başqa şeylərdən danışmağa başlayanda düşündüm: "qardaş, mən sadəcə futbol oynamaq istəyirəm".
Xatırladaq ki, Timoti 1995-ci ildə “Qızıl top”u alan Corc Veanın oğludur.
Mirağa
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.