AZ

Bölgələrdə imtahanlarda yüksək bal toplayan şagirdlər DANIŞDIVİDEO

I və IV ixtisas qrupları üzrə iyunun 1-də keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

Xezerxeber.az xəbər verir ki, I qrup üzrə maksimum nəticə göstərən 2 nəfərdən biri və ı qrup üzrə hər iki mərhələnin cəminə görə də ən yüksək nəticə göstərən abituriyent gəncə məktəblisidir.

4-cü qrup üzrə ən yüksək nəticə göstərən isə Mingəçevirdəndir.

Gəncə şəhər 13 saylı orta məktəbin məzunu Alı İsmayılovdur. O I qrup üzrə blok imtahanında maksimum - 400 bal nəticə göstərib.

Alı İsmayılovun həm anası, həm riyaziyyat müəllimi, həm də sinif rəhbəri olan Zöhrə Nəcəfova deyir ki, onun uğuru heç də təsadüfi deyil.

Alı həm də hər iki mərhələnin cəminə görə 697.5 bal toplayaraq I ixtisas qrupunun lideri olub.

Ölkə üzrə ən yüksək nəticəni göstərən şagirdlərdən biri də Mingəçevir məktəblisi Arif Hüseynlidir. O şəhər 11 saylı orta məktəbin məzundur. Arif Hüseynli 4-cü qrup üzrə ən yüksək nəticə göstərən 5 nəfərdən biridir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
24
xezerxeber.az

1Mənbələr