BAKI, TurkicWorld
ABŞ Prezidenti Donald Tramp, İranın Fordo şəhərində yerləşən yeraltı uran zənginləşdirmə obyektinin məhv edilməsinin zəruri olduğunu hesab edir.
TurkicWorld xəbər verir ki, bu barədə ABŞ-ın CBS telekanalı məlumat yayıb.
Məlumata görə, Trampın müşavirləri onu Fordo obyektinə mümkün bombardmanın riskləri və faydaları barədə məlumatlandırıblar. Tramp bu nüvə obyektinin qısa müddətdə silah istehsalı üçün istifadə oluna biləcəyini düşündüyü üçün onun məhv edilməsinin vacib olduğunu bildirib.
Xatırladaq ki, Tramp çərşənbə günü jurnalistlərə açıqlamasında bu obyektə zərbə endirilib-endirilməyəcəyi ilə bağlı hələlik qəti qərar vermədiyini bildirmişdi.