BAKI, TurkicWorld
Gennadiy Şapovalov Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına komandan təyin edib.
TurkicWorld xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sərəncam imzalayıb.
“Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı vəzifəsinə Gennadiy Nikolayeviç Şapovalov təyin edilsin” – deyə, sərəncamda bildirilib.
Qeyd edək ki, bu vəzifəni daha əvvəl general Mixail Drapatıy icra edirdi. Lakin o, 1 iyun tarixində istefa verib. İstefanın səbəbi Dnepropetrovsk vilayətində Ukrayna ordusunun təlim hissəsinə endirilən raket zərbəsi olub.