AZ

İsrailin İrana qarşı hərbi əməliyyatının məqsədi höküməti devirmək deyil - Netanyahu

BAKI, TurkicWorld

İsrailin İranda həyata keçirdiyi hərbi əməliyyatların məqsədi İran hökumətini devirmək deyil, lakin bu, əməliyyatların mümkün nəticələrindən biri ola bilər.

TurkicWorld xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu "Kan" dövlət tele-radio şirkətinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, əsas hədəf İranın nüvə təhlükəsini aradan qaldırmaqdır. Eyni zamanda Tehranın ballistik raket proqramı da ciddi təhdid olaraq qiymətləndirilir və bu təhlükənin də aradan qaldırılması vacibdir.

“Əsas məqsəd İranın nüvə təhlükəsini ortadan qaldırmaqdır. İkinci növbədə isə Tehranın ballistik raket təhdidini aradan qaldırmaq vacibdir” - deyə, Netanyahu qeyd edib.

O əlavə edib ki, bu addımlar İran hakimiyyətinin sabitliyini zəiflədə bilər.

“Bu (İranda hakimiyyətin devrilməsi – red.) bizim birbaşa məqsədimiz deyil, amma baş verə biləcək nəticə ola bilər. Bu isə artıq İran xalqının işidir” - deyə, o bildirib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Seçilən
1
turkic.world

1Mənbələr