AZ

Vətən müharibəsi iştirakçısı sertifikasiyada maksimum bal toplayıb

Artıq 2 gündür ki, ölkəmizdə sertifikasiya prosesinin test imtahanı mərhələsi keçirilir.

News365.az xəbər verir ki, bu gün keçirilən imtahanda Cəlilabad şəhər 4 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Rəvan İmanov maksimum nəticə göstərərək, 60 bal toplayıb.

Qeyd edək ki, Rəvan İmanov Cəlilabad rayonunun Hacıcavad kəndində andan olub. O, Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil alıb. R.İmanov Vətən müharibəsinə könüllü olaraq qoşulub və döyüşlərdə xüsusi fəallıq göstərib. O, bu xidmətlərinə görə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medallarına layiq görülüb. 2020-ci ildə MİQ imtahanlarında 56 bal toplayaraq, hazırda çalışdığı məktəbə coğrafiya müəllimi təyin olunub.

Seçilən
13
1
news365.az

3Mənbələr