AZ

“Yuventus” texniki tərəfdaşı ilə müqaviləsini yenilədi

“Yuventus” rəhbərliyi Turin klubunun texniki tərəfdaşı “adidas” şirkəti ilə əməkdaşlığının müddətini uzadıb.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir.

“Qoca sinyora” 2015/2016-cı illər mövsümündən əməkdaşlığa başladığı alman şirkəti ilə daha 10 il müddətində əməkdaşlıq edəcək.

Yeni müqavilə cari müavilənin başa çatması ilə qüvvəyə minəcək və 2037-ci ilə qədər müddətdə qüvvədə olacaq.

Daha əvvəl mətbuatda, yeni əməkdaşlıq çərçivəsində “Yuventus”un 408 milyon avro məbləğində qazanc götürəcəyi haqda məlumat yayılmışdı.

Seçilən
5
arena.az

1Mənbələr