AZ

Xameneinin müşaviri BAEA nın direktorunu hədələdi: Bir gün hesablaşacağıq

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın Ali Rəhbəri Əli Xamaneinin müşaviri Əli Laricani Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossini hədələyib.

Bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.

"Bir gün Rafael Qrossi ilə də hesablaşacağıq", - deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai BAEA-nın Tehranın nüvə proqramı ilə bağlı qərəzli və yalan məlumatlar yayaraq İsrailin hücumları üçün bəhanə yaratdığını bildirmişdi.

"Aldadıcı yanaşmalar ağır nəticələrə səbəb olur və hüquqi məsuliyyət yaradır. Siz BAEA-nı bu ədalətsiz müharibənin tərəfinə çevirdiniz", - deyə Bəqai Qrossini nəzərdə tutaraq vurğulamışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
2
oxu.az

4Mənbələr