AZ

"Dəmir Günbəz" bir gündə neçə İran raketini vurub?

İsrailin "Dəmir Günbəz" raketdən müdafiə sistemi sutka ərzində İranın raketlərinin 65 faizini tutub.

Publika.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı İsrail hökumətindən gündəlik məlumatlar almaqda davam edən keçmiş yüksək vəzifəli İsrail kəşfiyyat əməkdaşına istinadla məlumat yayıb.

O qeyd edib ki, İran raketlərin uçuşunun son mərhələsində hədəfə yönəlməni təkmilləşdirilmiş sistem vasitəsilə həyata keçirir ki, bu da hədəflərin dəqiq vurulmasına imkan verir.

Mənbənin sözlərinə görə, İranın hələ də əhəmiyyətli sayda raket ehtiyatı var. O, Tehranın strategiyasını “strateji səbir” kimi xarakterizə edib.

Seçilən
7
publika.az

1Mənbələr