AZ

İran və ABŞ birbaşa danışıqlar aparıb – KİV


“ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin İrana zərbələr endirməyə başlamasından sonra bir neçə dəfə telefonla danışıblar”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, onlar böhrandan diplomatik çıxış yolu tapmağa çalışırdılar.
Agentliyin mənbələrinin məlumatına görə, Əraqçi Uitkoffa deyib ki, İsrail hücumları dayandırmasa, Tehran nüvə sazişi üzrə danışıqlara qayıtmayacaq.
Mənbələrdən biri bildirib ki, İranın xarici işlər naziri xüsusi nümayəndəyə Vaşinqtonun İsrailə təzyiq göstərəcəyi təqdirdə Tehranın nüvə məsələsində bəzi güzəştlərə gedə biləcəyini də deyib.
Seçilən
23
40
yeniavaz.com

10Mənbələr