AZ

Sərnişinləri maşının damında gəzdirən sürücü saxlanıldı – Videonu özü yaymışdı

Avtomobilin damında 2 gənci otuzdurub şəhər küçələrində təhlükəli hərəkətlər edən sürücü cərimələnib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Krasnoyarsk şəhərində baş verib.
Belə ki, Yol Polisi Xidmətinin (YPX) əməkdaşları sosial şəbəkələrdə monitorinq apararkən “VAZ” markalı avtomobilin sürücüsünün nəqliyyat vasitəsinin damına iki gənci mindirərək şəhər küçələri ilə hərəkət edən və sərnişindaşıma qaydalarını kobud şəkildə pozduğunu əks etdirən videogörüntü aşkar edib.
YPX əməkdaşları tez bir zamanda sürücünün 22 yaşlı şəhər sakini olduğunu müəyyən edərək onu və digər iki gənci saxlayıblar. 
Polis sürücü barəsində protokol tərtib edib. Daha sonra sürücü və digər iki gənclə maarifləndirici söhbətlər aparıb. Onlar etdikləri hərəkətlərin təhlükələri barədə məlumatlandırılıblar.
Sözügedən hadisənin görüntülərini təqdim edirik:

Namiq Musayev

Seçilən
26
1
avtosfer.az

2Mənbələr