AZ

Dişlərin əsas düşmənləri müəyyən edilib

Dişlərin əsas düşmənləri müəyyən edilib - alma,  pivə və meyvə şirəsi. Az adam bilir, amma adi alma dişlərə ciddi zərər verə bilər.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, mütəxəssislərin fikrincə, bu meyvənin vurduğu zərər qazlı içkilərin vurduğu zərərdən təxminən dörd dəfə çoxdur.

Şərab və açıq rəngli pivə də dişlərin zədələnmə riskini artırır, lakin turşu soğan və qreypfrut təhlükəsizdir, halbuki insanlar onları tez-tez yemirlər.

London Kral Kollecinin Stomatoloji İnstitutunun ortopedik stomatologiya kafedrasının müdiri, professor David Bartlett qeyd etdiyi kimi, problem təkcə nə yediyimizdə deyil, həm də bunu necə etdiyimizdə ola bilər.

Məsələn, bir insan yavaş-yavaş alma yeyəndə, turşunun yüksək səviyyəsi dişləri zədələmək üçün vaxt tapır. Mütəxəssislər 18-30 yaşlı 1000-dən çox insan üzərində apardıqları araşdırma zamanı belə qənaətə gəliblər. Mütəxəssislər könüllülərin qida rasionu ilə onların mina və dentinin aşınması arasında əlaqə ilə maraqlanıblar.

Nəticədə, almanı sevən insanların dentin zədələnmə ehtimalının 3,7 dəfə çox olduğu ortaya çıxıb. Ancaq qazlı içki sevənlər təhlükəsiz olub. Öz növbəsində, insanın qida rasionunda olan meyvə şirəsinin dişin yuxarı hissəsinə yaxın olan minaya zərər vermə ehtimalı dörd dəfə, açıq rəngli pivə isə öz növbəsində dentinin zədələnmə ehtimalını üç dəfə artırıb.

Alimlərin fikrincə, bəzi almaların tərkibində dörd çay qaşığı şəkər var ki, bu da ağızda turşuluq səviyyəsinin artmasına səbəb olur. Bu baxımdan həkimlər alma, məsələn, pendir parçası ilə yeməyi məsləhət görürlər. Kalsium turşunu neytrallaşdırır. Yeməkdən sonra adi su içmək və ya yeməkdən əvvəl dişlərinizi fırçalamaq da dişlərinizi xilas etməyə kömək edəcək.

QAZİLER.AZ

Seçilən
16
qaziler.az

1Mənbələr