AZ

Yasamalda çoxmərtəbəli yaşayış binasında YANĞIN - VİDEO

“Air Arabia” aviaşirkəti Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Azərbaycan, Ermənistan, Gürcüstan, İran və İraqa uçuşları iyunun 30-dək dayandırıb. Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin saytında məlumat verilib. Daşıyıcının açıqlamasında deyilir ki, uçuş məhdudiyyətlərinin uzadılması qərarı “mövcud vəziyyət və hava məkanının bağlanması ilə əlaqədar” qəbul edilib. Qeyd olunur ki, Şarja və ya Əbu-Dabidən tranzitlə bu ölkələrə gedən sərnişinlərin yola salınma nöqtəsində minməsinə icazə verilməyəcək. Müntəzəm reyslərin müvəqqəti olaraq ləğv edilməsi ilə əlaqədar turizm paketi çərçivəsində bilet almış sərnişinlərə aviabiletin alındığı yerlə əlaqə saxlamaları tövsiyə olunub.
 

Seçilən
16
avtosfer.az

1Mənbələr