Tanınmış aktyor Vüsal Murtuzəliyev xəstəxanaya yerləşdirilib.
Musavat.com xəbər verir ki, sənətçinin beyninə qan sızıb. Hazırda aktyorun müalicəsi davam etdirilir. Əməkdar artist Dilarə Əliyeva OLAY-a raçıqlamasında qardaşının vəziyyətinin yaxşı olduğunu bildirib:
“Narahat olanlara deyirəm ki, narahatlığa əsas yoxdur. Yüksək təzyiqdən yüngül qansızma olmuşdu. İndi vəziyyəti yaxşıdır. Çox sağ olsun həkimlərimiz. Hər şey qaydasındadır. Sağalmağa doğru gedir”.
Şahanə Rəhimli
Musavat.com
