AZ

İran İsrailin televiziya kanalının binasına hücum edəcəyi ilə bağlı xəbərdarlıq etdi

BAKI, 20 iyun. TELEQRAF

İran Silahlı Qüvvələri İsrailin "Kanal 14" televiziya kanalının əməkdaşlarına binanı tərk etmək çağırışı ilə müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, İran tərəfi "terrorizmə dəstək və təbliğat mərkəzi" hesab etdiyi bu kanalı yaxın vaxtlarda raket hücumlarının hədəfinə çevrilə biləcəyi ilə bağlı xəbərdar edib. Bununla əlaqədar olaraq personalın "dərhal təxliyə olunması" tövsiyə edilib.

Qeyd edək ki, ötən gün İsrail İranın İRİNN dövlət xəbər kanalının studiya kompleksinə hücum həyata keçirib. İran tərəfi hücum zamanı telekanalın bir əməkdaşının olduğunu bəyan edib.

Seçilən
33
2
teleqraf.com

3Mənbələr