AZ

Xronika: İranın oyundan çıxması Azərbaycanın Zəngəzur üzərində nəzarətini gücləndirəcək

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"İran-İsrail müharibəsinin Zəngəzurda əks-sədası" adlı süjetdə İsrail-İran müharibəsinin regiona təsirindən, Ermənistanın regionda əsas müttəfiqinin sıradan çıxmasından bəhs olunub.

Bildirilib ki, İsrail-İran müharibəsi rəsmi Tehranı regional proseslərdən uzaqlaşdırır və Zəngəzur dəhlizi layihəsinə qarşı siyasəti prioritet olmaqdan çıxır: "Bu, Ermənistan üçün iki mənfi ssenari vəd edir. Birincisi, Ermənistan Zəngəzur dəhlizinin reallaşmasına qarşı oyunda regional müttəfiqini itirir. İkincisi, müharibə şəraitinə görə İrandan Naxçıvana keçid risklərlə üzləşdiyi üçün Zəngəzur dəhlizi layihəsinin reallaşması daha da aktuallaşır".

Qeyd olunub ki, Azərbaycan bu məsələni danışıqlar yolu ilə həll etmək niyyətindədir və əsas müzakirə mövzusu da İrəvanın Naxçıvana maneəsiz keçidin verilməsidir. Ermənistanda isə fərqli düşünür, İsrail-İran müharibəsinin Zəngəzura sıçrayacağından danışırlar. Bununla bağlı Ermənistan mediasında müxtəlif iddialar irəli sürülür.

Erməni ekspert Artur Xaçikyan, politoloq Qaqik Hambaryan, deputatlar Qeqam Manukyan, Haky Mamicanyan, siyasi analitik Beniamin Poqosyan və ehtiyatda olan polkovnik Mihran Mahsudyan Vaşinqtonda Zəngəzurla bağlı danışıqların getdiyini iddia edirlər: "Hazırda Azərbaycan, Türkiyə və İsrail Vaşinqtonda Zəngəzurla (Sünik) bağlı danışıqlar aparır. Əsas məsələ Zəngəzurun Azərbaycana qaytarılmasıdır. Ermənistan isə heç nə etmir, çünki bizim nə hökumətimiz, nə dövlətimiz, nə də diplomatiyamız var. İran bu müharibədə məğlub olarsa, Ermənistan üçün son dərəcədə ciddi nəticələri olacaq. Hazırda Zəngəzur dəhlizinin açılmasına qəti şəkildə çıxan yeganə ölkə İrandır. İranın oyundan çıxması Azərbaycanın Zəngəzur üzərində nəzarətini gücləndirəcək. İsrail-İran toqquşmasında Ermənistanı narahat edən əsas amillərdən biri də qaçqın axınıdır. Ermənistanda qorxurlar ki, İranda xaos yaranarsa, Cənubi azərbaycanlılar qaçqın kimi Zəngəzura gələ və burada məskunlaşa bilərlər. Bu, hər şeydən öncə Ermənistanə iqtisadi baxımdan çökdürəcək".

Sonda vurğulanıb ki, bütün bunlar İsrail-İran müharibəsi fonunda regionda baş verənlər və Ermənistandakı qorxular Zəngəzur dəhlizinin açılması, eləcə soydaşlarımızın öz yurdlarına - Qərbi Azərbaycana qayıdışını daha da yaxınlaşdırır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Xronika: "İranın oyundan çıxması Azərbaycanın Zəngəzur üzərində nəzarətini gücləndirəcək"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
1
oxu.az

2Mənbələr