AZ

Dilarə Əliyeva aktyor qardaşının vəziyyətinə aydınlıq gətirdi

Aktyor Vüsal Murtuzəliyevin səhhətində ciddi problem olmadığı bildirilib.

Yenisabah.az Olay.az-a istinadla xəbər verir ki, aktyorun səhhətində problem olduğu barədə yayılan məlumatlara Əməkdar artist Dilarə Əliyeva aydınlıq gətirib.

O bildirib ki, qardaşı Vüsal Murtuzəliyevin vəziyyəti hazırda yaxşıdır:

"Narahat olan hər kəsə təşəkkür edirəm. Narahatlığa əsas yoxdur. Yüksək təzyiq səbəbindən yüngül beyin qansızması baş vermişdi. Hazırda vəziyyəti stabildir, sağalmağa doğru gedir. Həkimlərimizə xüsusi təşəkkür edirəm".


Telegram kanalımız
Seçilən
33
1
yenisabah.az

4Mənbələr