AZ

BMT TŞ də İran və İsrail arasındakı münaqişə ilə bağlı təcili iclas keçiriləcək

ain.az bildirir, Azxeber.com portalına istinadən.

BMT Təhlükəsizlik Şurasında İran və İsrail arasında davam edən gərginliklə bağlı təcili iclas keçiriləcək.

İyunun 20-də BMT Təhlükəsizlik Şurası İran və İsrail arasında davam edən hərbi qarşıdurmalarla bağlı təcili açıq brifinq keçirəcək.

İclas "Beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər” gündəlik maddəsi çərçivəsində təşkil olunacaq.

Təcili iclasın keçirilməsi ilə əlaqədar müraciət 18 iyun tarixli (S/2025/391) məktubla İran tərəfindən edilib. Bu təşəbbüs Əlcəzair, Çin, Pakistan və Rusiya tərəfindən dəstəklənib.

İclasda siyasi və sülhyaratma məsələləri üzrə BMT Baş katibinin müavini Rozmari Dikarlo və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossinin brifinq təqdim etməsi gözlənilir.

İran və İsrail nümayəndələrinin də Şuranın iclasında çıxış edəcəkləri gözlənilir.

///Report

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
2
azxeber.com

10Mənbələr