AZ

Almatıda Türk Opera Sənəti Festivalı keçirilir

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Astana, 20 iyun, AZƏRTAC

Almatıda XXVI Türk Opera Sənəti Festivalı çərçivəsində Abay adına Qazaxıstan Milli Opera və Balet Teatrının səhnəsində qala-konsert keçirilib.

AZƏRTAC Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, genişmiqyaslı mədəniyyət tədbiri TÜRKSOY Beynəlxalq Təşkilatının təşəbbüsü ilə təşkil olunub.

Proqramda Qazaxıstan, Türkiyə, Özbəkistan, Qırğızıstandan ən parlaq opera solistlərinin, eləcə də Abay adına Qazaxıstan Milli Opera və Balet Teatrının simfonik orkestri və xorunun ifasında milli və dünya klassiklərinin şah əsərlərindən ariyalar və səhnəciklər səsləndirilib.

Bundan başqa, teatrda Türkdilli Ölkələrin Opera və Balet Teatrları Direktorlar Şurasının IV iclası keçirilib. Bu mədəni layihə Türk dünyası sənətinin populyarlaşdırılmasına və xalqlar arasında mənəvi əlaqələrin möhkəmləndirilməsinə yönəlib. Şura üzvləri muzeydə olub, Qazaxıstanın ən yaşlı musiqili teatrının tarixi və ənənələri ilə tanış olublar.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
azertag.az

1Mənbələr