AZ

Baham adalarında quldur xəzinələrinin izində: Unikal sualtı ekspedisiya başlayır

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Blackbeard" və "Calico Jack" kimi əfsanəvi quldurların sığınacağı Baham adalarında unikal sualtı ekspedisiya başlayır.

Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Qeyd olunur ki, tarixdə ilk dəfə arxeoloqlara batmış quldur gəmilərini və mümkün xəzinələri axtarmaq üçün Nassau bölgəsində dəniz dibində tədqiqat aparmağa rəsmi icazə verilib.

Layihəyə britaniyalı dəniz arxeoloqu Şon Kinqsli rəhbərlik edir. Onun sözlərinə görə, 17-ci əsrdən indiyədək sahillərində 500-dən çox gəminin qəzaya uğradığı qeydə alınan adanın dibini indiyə qədər heç kim xüsusi olaraq tədqiq etməyib. Komanda pirat Henri Averinin 1696-cı ildə milyonlarla dollar dəyərində oğurlanmış xəzinələri Nassauya gətirdiyi və güman edildiyi kimi, izlərini gizlədərək gəmini batırdığı əfsanəvi "Fancy" gəmisinin axtarışına xüsusi diqqət yetirir.

Ekspedisiya sentyabrda başlayacaq və sənədli filmin çəkilişləri ilə müşayiət olunacaq. Təşkilatçılar təkcə qızıl deyil, həm də qiymətli tarixi artefaktlar - tütün boruları və qab-qacaqlardan tutmuş quldur silahlarına qədər tapmağa ümid edirlər. Bu, Karib dənizinin əsl quldurlarının həyatının real tapıntılar əsasında yenidən canlandırılmasında ilk addımdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
oxu.az

1Mənbələr