AZ

Ağ ev: İran “bir neçə həftə” ərzində nüvə silahı yarada bilər

Vaşinqton administrasiyası hesab edir ki, İran rəhbərliyi belə bir qərar qəbul edərsə, “bir neçə həftə” ərzində nüvə silahı yaratmaq imkanına malikdir.

 

Sfera.az xəbərdarlıq verir ki, bu barədə Ağ evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün mütəmadi brifinqdə bildirib.

 

“İranın nüvə silahı əldə etmək üçün hər şeyi var. Bunun üçün yalnız ali rəhbərin qərarı lazımdır. Bu silahı istehsal etmək üçün bir neçə həftə lazım olardı. Bu, əlbəttə ki, təkcə İsrail üçün deyil, həm də ABŞ və bütün dünya üçün ekzistensial təhdid təşkil edərdi”.

 

Livittin fikrincə, “bütün dünya razılaşır ki, İran nüvə silahı əldə etməməli və əldə edə bilməz”.

Seçilən
36
2
sfera.az

10Mənbələr