AZ

Azərbaycan millisi dünya çempionatında - Əvvəlcə Almaniya, sonra Braziliya

BAKI. 20 iyun. TELEQRAF

Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan cüdo üzrə dünya çempionatında bu gün qarışıq komanda yarışı keçiriləcək.

Teleqraf xəbər verir ki, Azərbaycan millisi mübarizəyə 1/8 final mərhələsindən başlayacaq.

İlk rəqib Almaniya yığması olacaq.

Millinin heyətinə kişilərdən Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq), Zelim Kotsoyev, Uşangi Kokauri (hər ikisi +90 kq), qadınlardan Fidan Əlizadə, Gültac Məmmədəliyeva (hər ikisi 57 kq), Aytac Qardaşxanlı (70 kq) və Nigar Süleymanova (+70 kq) daxil edilib.

Qələbə təqdirində, 1/4 finalda rəqib Braziliya - Qazaxıstan cütünün qalibi olacaq.

Qarşılaşmalar Bakı vaxtı ilə saat 12:00-da start götürəcək. Medal görüşləri isə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi mübarizəni 3 bürünc medalla 93 ölkə arasında 14-cü pillədə başa vurublar. Həmin medalları Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq), Zelim Kotsoyev (100 kq) qazanıb. Uşangi Kokauri (+100 kq) 5-ci, Rəşid Məmmədəliyev (73 kq) 7-ci yeri tutub.

Seçilən
20
teleqraf.com

1Mənbələr