AZ

Avstraliyanın konsulluq xidmətləri Azərbaycanda göstəriləcək

Bakı. Trend:

Avstraliya hökuməti İranda təhlükəsizlik vəziyyətinin pisləşməsiilə əlaqədar olaraq, bütün rəsmi nümayəndələrini və onların ailəüzvlərini ölkədən çıxarmaq, eyni zamanda Tehrandakı səfirliyinfəaliyyətini müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.

Trend xəbərverir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonqunaçıqlamasında qeyd olunub.

"Avstraliya hökuməti öz nümayəndələrinə və onların ailələrinəİranı dərhal tərk etməyi tapşırıb və təhlükəsizlik vəziyyətininkəskin şəkildə pisləşməsini nəzərə alaraq, Tehrandakı səfirliyinfəaliyyətini dayandırıb", – deyə nazir bildirib.

Penni Vonqun sözlərinə görə, Avstraliyanın İrandakı səfirihökumətin böhranlara qarşı tədbirlərini dəstəkləmək məqsədiləbölgədə qalacaq.

"Xarici İşlər və Ticarət Nazirliyi İrandan çıxmaq istəyənavstraliyalılara yardım göstərmək üçün konsulluq əməkdaşlarınıAzərbaycana, o cümlədən sərhəd bölgələrinə göndərir", – nazir əlavəedib.

Penni Vonq vurğulayıb ki, hazırkı təhlükəli şərait və havaməkanının məhdudluğu səbəbindən İranda konsulluq dəstəyi imkanlarıolduqca məhduddur.

"Biz 24 saat fəaliyyət göstərən Konsulluq Fövqəladə YardımMərkəzi və böhran portalı vasitəsilə Avstraliya vətəndaşları ilədaimi əlaqə saxlayırıq", – deyə o bildirib.

Məlumata görə, Yeni Zelandiya və İsveçrə də eyni səbəbdənTehrandakı səfirliklərinin fəaliyyətini dayandırmaq qərarınagəliblər.

Seçilən
16
3
az.trend.az

4Mənbələr