“İsrail Müdafiə Qüvvələri İranım Fordo nüvə obyektini ABŞ olmadan da vura bilər”.
Missiya.Az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Kan” televiziyasına müsahibəsi zamanı deyib.
O bildirib ki, İsrail İrana qarşı hərbi kampaniyasında vaxtından əvvəl gözləntiləri üstələyir və gələcək uğura hazırlaşır.
Onun sözlərinə görə, İsrail İranın raket buraxılış qurğularının ən azı yarısını, o cümlədən əsas hərbi liderləri məhv edib.
Netanyahu qeyd edib ki, İsrail ordusu İranın bütün nüvə obyektlərini, o cümlədən güclü möhkəmləndirilmiş Fordo nüvə obyektini də vuracaq.
Daşqın Həsənov
Missiya.Az