İsrail Hərbi Hava Qüvvələrinə məxsus 60-dan çox döyüş təyyarəsi Tehranda onlarla hərbi obyektə zərbələr endirib.
Operativ Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, gecə saatlarında İranın Tehran bölgəsində bir neçə raket istehsalı obyekti hücuma məruz qalıb.
Mətbuat xidmətinin açıqlamasına görə, hücum edilən obyektlər arasında raket komponentlərinin istehsal olunduğu hərbi-sənaye müəssisələri də var.