İsrail dövlət televiziyası KAN-a danışan İsrailin baş naziri Binyamin Netanyahu müdafiə naziri Yisrael Katz-ın İranın dini lideri Əli Xamneyiyə qarşı sui-qəsd təhdidinə dair sualı cavablandırarkən bölgədə gərginliyi daha da artıracaq açıqlama verib.
Netanyahu, "Orduya İranda heç kimin toxunulmazlığı olmadığı göstərişi verdim. Əlavə izahata ehtiyac yoxdur, bundan sonra hadisələr danışacaq" dedi.
İranın nüvə proqramına gəlincə Netanyahu iddia edib ki, İsrail İrandakı bütün nüvə obyektlərinə zərbə endirmək imkanına malikdir. İsrailin İran rejimini devirməyi hədəfləmədiyini iddia edən Netanyahu bildirib ki, rejimin sarsılması bir nəticə ola bilər, amma məqsəd bu deyil, İran xalqının verəcəyi bir qərardır.
İrana hücum etmək üçün ABŞ-dan “yaşıl işıq” gözləmədiklərini ifadə edən Netanyahu, ABŞ prezidenti Donald Tramp administrasiyasının dəstəyini yüksək qiymətləndirdiyini deyib: “Onlar bizə müdafiədə mükəmməl kömək edir, PUA-ları vuran amerikalı pilotlar var və ABŞ da THAAD ballistik raket hava hücumundan müdafiə sistemi ilə bizə kömək edir”.
Netanyahu başqa bir açıqlamasında isə deyib ki, "hazırda etdiklərimiz Yaxın Şərqi və dünyanı dəyişəcək" dedi. ABŞ-ın İsrailin İrana hücumlarına qoşulma ehtimalına gəlincə, Netanyahu deyib ki, bu, Trampın verəcəyi bir qərardır: "Prezident Trampın verəcəyi bir qərardır. O, oyunu bilir. O, Amerika üçün yaxşı olanı edəcək, mən də İsrail üçün yaxşı olanı".
İsrailin lazım gəldikdə təkbaşına hücumlar həyata keçirmə qabiliyyətinə malik olduğunu iddia edən Netanyahu bildirib ki, İrana edilən hücumların sonunda İsrailə nə nüvə, nə də ballistik raket təhlükəsi olacaq.
TAHİR