AZ

Daha bir ölkə Tehrandakı səfirliyinin fəaliyyətini dayandırdı - Konsulluq xidmətləri Azərbaycanda göstəriləcək

Avstraliya hökuməti İranda təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq, bütün rəsmi nümayəndələrini və onların ailə üzvlərini ölkədən çıxarmaq, eyni zamanda Tehrandakı səfirliyin fəaliyyətini müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonqun açıqlamasında qeyd olunub.

Onun sözlərinə görə, Avstraliyanın İrandakı səfiri hökumətin böhranlara qarşı tədbirlərini dəstəkləmək məqsədilə bölgədə qalacaq.

"Xarici İşlər və Ticarət Nazirliyi İrandan çıxmaq istəyən avstraliyalılara yardım göstərmək üçün konsulluq əməkdaşlarını Azərbaycana, o cümlədən sərhəd bölgələrinə göndərir", – nazir əlavə edib.

Vonq onu da bildirib ki, hazırkı təhlükəli şərait və hava məkanının məhdudluğu səbəbindən İranda konsulluq dəstəyi imkanları olduqca məhduddur.

"Biz 24 saat fəaliyyət göstərən Konsulluq Fövqəladə Yardım Mərkəzi və böhran portalı vasitəsilə Avstraliya vətəndaşları ilə daimi əlaqə saxlayırıq", - Penni Vonq qeyd edib.

Seçilən
12
3
bakivaxti.az

4Mənbələr