AZ

Luis Enrike: “PSJ-nin hər bir üzvü “Qızıl top”u qazana bilər”

Fransa çempionu PSJ-nin baş məşqçisi Luis Enrike parislilərin bütün oyunçularının “Qızıl top”u qaznmağa layiq olduqlarını car çəkib.

Arena.az “Le Parisien” dərgisinə istinadən, 55 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Vitinya “Qızıl top” uğrunda mübarizədə favoritdirmi? Əgər o, sabah “Qızıl top”un qazansa, mən onu ehtiyat oyunçular skamyasına oturdardım (gülür). Mən fərdi mükafatlar haqda qayğılanmıram. Mənim favoritim – Usman Dembeledir, heç şübhəsiz. Hamı bu barədə danışır, bir çox oyunçularım “Qızıl top”u qazana bilərlər. Vitinya qazana bilər, Hakimi, Paço, Markinyos, Fabian Ruis, Nunu Mendeş də. Mənim bütün oyunçularım “Qızıl top”u apara bilərlər!

Mən komandamıza inanıram, onun təcəssüm etdirdiklərinə, saçdığı güc-qüvvəyə inanıram. Bunları mənim oyunçularıma ötürmək əladır. Biz birlikdə mübarizə aparmağı bacarmalıyıq, bu isə “Qızıl top” haqda danışmaqdan daha vacibdir”, deyə Lusi Enrike vurğulayıb.

Xatırladaq ki, PSJ cari mövsümdə iştirak etdiyi bütün yarışlarda zəfər əldə edib. Fransa nəhəngi ölkə çempionluğunu, ölkə kubokunu, ölkə super kubokunu, həmçinin Çempionlar Liqasını qazanıb. Hazırda PSJ 2025-ci il FIFA Klub Dünya Kubokunda çıxış edir, parislilər ilk oyunda Madrid “Atletiko”sunu 4:0 hesabı ilə məğlub ediblər.

Seçilən
20
arena.az

1Mənbələr