AZ

Patrik Andrade məhkəməyə verildi

BAKI. 20 iyun. TELEQRAF

Serbiyanın "Partizan" klubu "Qarabağ"ın sabiq futbolçusu Partik Andradedən Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.

Teleqraf xəbər verir ki, müraciət CAS-a 2024-cü ildə ünvanlanıb.

Dinləmələr isə bu həftə - iyunun 17-də olub. Müraciətin səbəbi və məhkəmənin qərarı açıqlanmayıb.

Xatırladaq ki, Patrik Andrade ilk dəfə "Qarabağ"da 2020-ci il avqustun 28-dən 2022-ci il iyulun 1-dək çıxış edib. Ardından o, azad agent qismində "Partizan"a keçib. 2022/2023 mövsümündə Andrade Belqrad komandasında 26 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Lakin Kabo Verde yığmasının yarımmüdafiəçisi 2023-cü il iyulun 15-də Serbiya klubundan yenidən Ağdam klubuna transfer olunub və onunla 2 illik müqavilə bağlanılıb. İyunun 11-də 32 yaşlı oyunçunun başa çatan sözləşmənin uzadılmadığı açıqlanıb. Hazırda Andrade klubsuzdur.

"Sabah" komandası 2025/2026 mövsümündə Sloveniyanın "Tsele" komandasını Avropa Liqasının I təsnifar mərhələsində üstələyəcəyi təqdirdə, II mərhələdə "Partizan" - AEK (Larnaka, Kipr) cütünün qalibi ilə üz-üzə gələcək.

Seçilən
25
5
teleqraf.com

6Mənbələr