AZ

Netanyahu bu xəstəliyə tutulub: Madurodan sensasion iddia

Bu gün, 09:23
İsrailin baş naziri Benyamin Netanyahu bəşəriyyəti üçüncü dünya müharibəsinə aparan “Hitler deliryumu”ndan” əziyyət çəkir.
Publika.az VTV-yə istinadən xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro bundan şübhələnir.
"Netanyahu deyib ki, İsrail İrana qarşı müharibəsi ilə dünyanın simasını dəyişir. O bildirib ki, Yaxın Şərqin, indi isə bütün dünyanın simasını dəyişir. Bu o deməkdir ki, onun layihəsi planetardır, bu, deliryumdur, “Hitlerin deliryumu”dur", - Maduro bildirib.
Onun sözlərinə görə, İsrail yalnız Tehranın nüvə proqramı ilə İran lideri Əli Xameneiyə qarşı təcavüz və təhdidlərinə haqq qazandırır. Maduro Rusiya, Çin, Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və digər ölkələrin liderlərini “Netanyahunun çılğınlığını dayandırmağa və nüvə fəlakətinin qarşısını almağa” çağırıb.




Seçilən
30
1
Reportyor.tv

10Mənbələr