AZ

Qattuzo: “İtaliya yığmasına sevinc gətirmək istəyirəm”

İtaliya yığmasının yeni baş məşqçisi Cennaro Qattuzo “skuadra adzurra”nın sükanı arxasında əsas məqsədini açıqlayıb.

Arena.az jurnalist Canluka Di Martsionun saytına istinadən məlumat verir ki, 47 yaşlı italyan mütəxəssis özünün təqdimat mərasiminə həsr edilmiş mətbuat toplantısında, ilk növbədə oyunçuların köklənməsini dəyişməyi hədəfə aldığını bildirib:

“Milli yığma komandaya nə lazımdır? Şövq ki, birləşə və çətin məqamlada vahid qala bilsin. Mənim məqsədim – sevinc gətirmək, ailə qurmaqdır. Modullar və taktika sonra gəlirlər. İndi bizə, bizi uzun illər ərzində digərlərindən fərqləndirən həmin zehniyyəti geri qaytarmaq gərəkdir.

Mən düşünürəm ki, güclü komandamız var. Komandamız var, amma ayrıca simalar yox. Mən əminəm ki, bu dəstənin qiymətli keyfiyyətləri var, bunlar isə bizə məqsədimizə çatmağa kömək olacaq”, deyə italyan mütəxəssis vurğulayıb.

Həmçinin Qattuzo bildirib ki, Luçano Spallettinin istifadə etdiyini taktikanı təsirli dərəcədə dəyişmək fikrində deyil, belə ki, bunun üçün vaxtı məhduddur. İtalyan mütəxəssisin sözlərinə görə, komandanın səhvlərə haqqı yoxdur.

Xatırladaq ki, Qattuzo İtaliya yığmasının baş məşqçisi vəzifəsində, qeyri-qənaətbəxş nəticələri səbəbilə daha əvvəl istefaya göndərilmiş 66 yaşlı italyan mütəxəssis Luçano Spallettini əvəzləyib. 47 yaşlı mütəxəssis “skuadra adzura”nı bir il çalışdıracaq və uğurlu olarsa, müqaviləsi daha bir il müddətinə uzadılacaq.

Seçilən
179
arena.az

1Mənbələr