Bakı. Trend:
Trend Beynəlxalqİnformasiya Agentliyi Rusiyanın Sankt-Peterburq şəhərində keçirilənAsiya və Sakit Okean Ölkələrinin Xəbər Agentliklərinin (OANA) XIXBaş Assambleyasında iştirak edir.
İyunun 17-də başlayan tədbir iyunun 21-dək davam edəcək.
Panel sessiyası çərçivəsində müasir kütləvi informasiyavasitələrinin üzləşdiyi aktual məsələlər müzakirə olunur.
Qeyd edək ki, OANA (Asiya və Sakit Okean Ölkələri XəbərAgentlikləri Təşkilatı) BMT və YUNESKO-nun təşəbbüsü ilə 1961-ci ildekabrın 22-də Banqkok şəhərində təsis olunub. Bu, planetin yarıdançox əhalisinin yaşadığı regionda xəbər agentlikləri arasındabirbaşa və sərbəst informasiya mübadiləsini təmin etməyi qarşıyaməqsəd qoyan ən böyük regional media təşkilatıdır.
Hazırda OANA 33 ölkədən 41 informasiya agentliyini bir arayagətirir. Asiya-Sakit Okean regionu ölkələri ilə yanaşı, təşkilatıntərkibinə Yaxın Şərq və MDB ölkələrinin xəbər agentlikləri dədaxildir. Trend İnformasiya Agentliyi OANA-nın üzvüdür.
Baş Assambleya OANA-nın ali idarəedici orqanı hesab olunur və o,hər üç ildən bir çağırılır. Ənənəyə əsasən, Baş Assambleyanı təşkiledən agentlik sonradan OANA-nın sədri seçilir.